Bakıda "KamAZ" iki tələbənin üstündən keçdi - Ürəyi zəif olanlar baxmasın (VİDEO 18+)


09:21     11 Dekabr 2019 2019/12/15760-1576007384_1576042173.jpg

Bakının Binəqədi rayonunda ağır yol qəzası baş verib.

Femida.az APA-ya istinadən xəbər verir ki, avtoqəza daş bazarı yaxınlığında, "Dörd yol" deyilən ərazidə qeydə alınıb. Hadisə yerinə cəlb olunmuş YPX müfəttişlərinin bildirdiyinə görə, “KamAZ” markalı yük maşını Biləcəri qəsəbəsi istiqamətində hərəkətdə olarkən yolu keçmək istəyən tələbə qız və oğlanı vurub. Hər iki tələbə maşının altında qalaraq dünyasını dəyişib.

Hadisə ilə əlaqədar araşdırmalara başlanılıb. Yük maşınının sürücüsü saxlanılıb.




Femida.az

Açar sözlər:

Oxunub: 1229