Naxçıvanda tələbələr yol hərəkəti qaydaları barədə məlumatlandırılıb


10:09     11 Dekabr 2019 2019/12/15760147335463734627_1000x669_1576044695.jpg

Yol hərəkəti qaydalarına əməl edilməsi, onların təbliği istiqamətində ali təhsil alan gənclərin fəallıq göstərməsi xüsusilə əhəmiyyətlidir.


Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyindən Femida.az-a bildirilib ki, bu barədə Naxçıvan Tibb Kollecində keçirilən maarifləndirici tədbirdə ətraflı danışılıb.

Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Yol Polisi İdarəsinin Təbliğat üzrə baş inspektoru, polis baş leytenantı Ayaz İsmayılov Dövlət Yol Polisinin yol hərəkətinin təhlükəsizliyi tədbirlərinin təbliğinə dair fəaliyyəti haqqında dinləyicilərə məlumat verib. Yol-nəqliyyat təhlükəsizliyinin təmin olunmasında profilaktiki tədbirlərin və maarifləndirmə işlərinin əhəmiyyətindən danışıb.

Tədbirdə vurğulanıb ki, ictimai nəqliyyatdan istifadə edən tələbələr vətəndaş öhdəlikləri və hüquqlarını bilməli, həmin proseslərdə fəal olmalı, yol təhlükəsizliyi qaydalarına riayət etməli, məsuliyyətli olmalıdırlar. İnzibati xətalar məcəlləsində yol hərəkəti qaydalarının pozulmasına görə sürücülərlə yanaşı, piyadaların da kifayət qədər məsuliyyəti nəzərdə tutulub.

Kollecin 1-ci kurs tələbələrinin iştirak etdiyi tədbirin sonunda tələbələrin sualları cavablandırılıb.

Femida.az

Açar sözlər:

Oxunub: 630