İnsan hüquqları ilə bağlı maarifləndirici təlim təşkil olunub - Fotolar
10:24 11 Dekabr 2019
Almaniya Federal İqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyinin (BMZ) sifarişi əsasında Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GİZ) GmbH Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi ilə birlikdə icra etdiyi “Qafqazda Aztəminatlı Məcburi Köçkünlərin və Yerli Əhalinin Sosial və İqtisadı İnkişafı” layihəsi çərçivəsində 25 noyabr -10 dekabr tarixlərində Bərdə rayonunda “Qadına Qarşı Zorakılıqla Beynəlxalq Mübarizə Günü ilə bağlı 16 günlük aktivizm” başlıqlı silsilə təlimlər həyata keçirib.
BMT Baş Assambleyasının 7 fevral 2000-ci il tarixli qətnaməsi ilə 25 noyabr “Qadına Qarşı Zorakılıqla Beynəlxalq Mübarizə Günü” kimi qeyd edilir. Məhz bu gün münasibətilə hər il dünyanın bir çox ölkəsində maarifləndirmə məqsədilə minlərlə tədbirlər, təlimlər, seminarlar və fləşmoblar həyata keçirilir.
Bununla bağlı, Ağdam rayon 1 və 3 saylı, Kəlbəcər rayon 79 saylı məcburi köçkün, Zümürxan kənd və Muğanlı kənd tam orta məktəblərində, “Qadına Qarşı Zorakılıqla Beynəlxalq Mübarizə Günü ilə bağlı 16 günlük aktivizm” çərçivəsində maarifləndirici təlim sessiyaları baş tutub. Eyni zamanda, aksiya çərçivəsində Ağdam rayon Muğam Mərkəzində Human Fondunun təşkil etdiyi “YOU CAN (SƏN BACARARSAN)” adlı tədbirə Bərdə rayonundan da iştirakçılar qoşulub. Tədbir həyatın maneələrinə baxmayaraq, uğur qazanmış qadınların çıxışlarından ibarət olub.
Bərdə rayon 866 evli məcburi köçkün və qaçqın qəsəbəsində isə 10 dekabr Beynəlxalq İnsan Hüquqları günü münasibətilə bu mövzuda maarifləndirici təlim keçirilib. Təlimdə yerli əhali ilə yanaşı, xarici qonaqlar da iştirak edib və iştirakçılar öz fikirlərini bölüşüblər.
16 günlük aktivizm çərçivəsində həyata keçirilən təlim və tədbirlərdə Bərdə rayonundan 200 nəfərə yaxın sakin iştirak edib.
Femida.az
Oxunub: 1781
Oxşar xəbərlər
- 9-cu sinif şagirdini hansı cəza gözləyir? - Vəkil Sadiq Əfəndiyevdən açıqlama
- Şəhid və şəhid ailəsi üzvləri kimlərdir? - Hüquqi yardım
- "Tərtər işi" ilə bağlı hüquqşünas da saxlanıldı
- Bu şəxslərin sürücülük hüququ əlindən alınacaq
- Ukrayna rəsmisi: "2029-cu ildə Aİ-yə tamhüquqlu üzv olacağımıza ümid edirik"
- Geoloji Kəşfiyyat Agentliyi publik hüquqi şəxs yaradılır
- Rusiyada çalışan Azərbaycan vətəndaşlarının pensiya hüququ tanınacaq
- Rusiyanın BMT-nin İnsan Hüquqları Şurasındakı üzvlüyü dayandırılıb
- “Almaniya vizası” adı ilə vətəndaşları aldadan kimdir – ŞİKAYƏT
- ƏDV-dən azad olunan publik hüquqi şəxslərin sayı artırılıb