32 yaşlı kişini bıçaqlayan şəxsin məhkəməsi başlayır


10:28     11 Dekabr 2019 mehkeme_hakim.jpg

Bakıda qəsdən sağlamlığa ağır xəsarət yetirməkdə təqsirləndirilən Ceyhun Pənahovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.


Femida.az xəbər verir ki, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Hakim Zeynal Ağayevin icraatında olan iş üzrə hazırlıq iclası yaxın günlərdə keçiriləcək.

Qeyd edək ki, hadisə bu ilin avqust ayında Sabunçu rayonunda baş verib. İttihama görə, C.Pənahov Yeni Ramana qəsəbəsində 1987-ci il təvəllüdlü Səfərov Vüsal Şakir oğluna bıçaqla ağır xəsarət yetirib.

Ona Cinayət Məcəlləsinin 126.1-ci qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham verilib.

Femida.az

Açar sözlər:

Oxunub: 232