FHN xəstəxanada baş verən yanğınla bağlı məlumat yaydı


11:34     11 Dekabr 2019 2019/12/1576048782823227255df0988e716aa_1576049761.jpg

Yevlax şəhər Mərkəzi Xəstəxanasının yerləşdiyi dördmərtəbəli binanın üçüncü mərtəbəsində şaxtadan keçən elektrik kabelləri 3 p.m yanıb.


Fövqəladə Hallar Nazirliyindən (FHN) Femida.az-a verilən məlumata görə, yüksək temperaturdan 3-cü mərtəbənin tavanı 5 m² sahədə əriyib.

Yanğın zamanı 8 nəfər xəstə yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyyə olunub. Binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Femida.az

Açar sözlər:

Oxunub: 451