Bakıda küçədən kişi meyiti tapılıb


11:46     11 Dekabr 2019 19_12_11_1576050401.jpg

Bakıda küçədən meyit tapılıb.

Femida.az -ın məlumatına görə, hadisə paytaxtın Yasamal rayonu ərazisində qeydə alınıb. Rayonun küçələrinin birində təxminən 60-65 yaşlarında kişi meyiti aşkarlanıb.

Aparılan araşdırmalar nəticəsində meyitin Masallı rayon sakini, 1956-ci il təvəllüdlü Cavadov Mürsəl Qulam oğluna aid olması müəyyən edilib.

M. Cavadovun ölüm səbəbi araşdırılır.

Açar sözlər:

Oxunub: 423