Bir qrup şəhid ailəsi və müharibə əlilinə mənzil verildi
13:39 11 Dekabr 2019
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Lənkəran rayonunda bir qrup şəhid ailəsi və Qarabağ müharibəsi əlili fərdi yaşayış evləri ilə təmin olunub.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Femida.az -a verilən məlumata görə, yeni fərdi yaşayış evləri ilə təmin edilən vətəndaşlar şəhid ailələrinin və müharibə əlillərinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində həyata keçirilən tədbirlərdən razılıq hisslərini ifadə ediblər. Onlar qayğı ilə əhatə olunduqlarına, bu gün isə yeni fərdi yaşayış evləri ilə təmin edildiklərinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə dərin minnətdarlıqlarını bildiriblər.
Evlərin istifadəyə verilməsi tədbirində qeyd olunub ki, respublikamızda icra olunan mühüm sosial proqramlardan biri də şəhid ailələrinin və müharibə əlillərinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına, onların yeni mənzillərlə təmin olunmasına yönəlib.
2018-ci ildə Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinə nəzərdə tutulduğundan (207 mənzil) 3 dəfə çox olmaqla 626 mənzil təqdim edilib. 2019-cu ildə isə bu kateqoriyalardan olan vətəndaşlara 934 mənzil və fərdi ev verilməsi nəzərdə tutulub, onlardan artıq 515-i verilib. Qalan mənzil və fərdi evlərin də cari ilin sonuna qədər verilməsi də təmin ediləcəkdir.
İndiyədək nazirlik tərəfindən şəhid ailələrinə və müharibə əlillərinə 7169 mənzil və fərdi ev təqdim edilib.
Femida.az
Oxunub: 444
Oxşar xəbərlər
- Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edilib - SİYAHI
- Bir qrup səhiyyə işçisi təltif edilib - SİYAHI
- Birinci vitse-prezident Mehriban Əliyeva Ramazan bayramı münasibətilə paylaşım edib
- Birinci Qarabağ müharibəsi əlilləri ilə bağlı komissiya yaradılıb - SİYAHI
- Birinci Qarabağ müharibəsi şəhidlərinin ailə üzvlərinin kredit borclarının silinməsi təklif edilib
- Birinci vitse-prezident Zəngilan səfərindən görüntü paylaşıb - VİDEO
- Bir qrup şəhid ailəsi və müharibə əlilinə mənzil verilib
- Bir gündə toylara görə 7 nəfər cərimələnib
- Bir sıra ölkələrdə uşaqlar az tanınan virusa yoluxmağa başlayıblar
- Bir gündə 5 koronavirus xəstəsi saxlanılıb, 2 nəfər barəsində cinayət işi açılıb