Dövlət-özəl tərəfdaşlığı çərçivəsində yaradılmış İşçi Qrupun iclası keçirildi


15:28     11 Dekabr 2019 2019/12/15760621985549464095df0ccf6c80e1_1576063839.jpg

Dekabrın 10-da Kiçik və Orta Biznesin İnkişafı Agentliyində (KOBİA) “Dövlət-özəl tərəfdaşlığı çərçivəsində Bakıda universitet tələbələrinin yerləşmə obyektləri və xidmətlərlə pilot təminatı üzrə Texniki Yardım” layihəsi çərçivəsində yaradılmış İşçi Qrupun iclası keçirilib. İclasda İqtisadiyyat və Təhsil nazirliklərinin, KOBİA-nın, Bakı Dövlət Universiteti və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin, eləcə də Asiya İnkişaf Bankının, məsləhətçi şirkətlərinin nümayəndələri iştirak ediblər.


KOBİA-dan Femida.az-a bildirilib ki, agentliyin idarə heyətinin sədri, İşçi Qrupun rəhbəri Orxan Məmmədov Bakı Dövlət Universiteti və Azərbaycan Dövlət Neft və Sənaye Universiteti üçün tələbə yataqxanalarının tikintisinin dövlət-özəl tərəfdaşlığı (PPP) üzrə ölkəmizdə ilk belə layihə olduğunu, bu layihənin uğurlu icrasının gələcək PPP layihələri üçün müsbət təcrübə yaradacağını bildirib. Vurğulanıb ki, xarici sərmayələrin ölkə iqtisadiyyatına cəlb edilməsi, özəl sektorun iqtisadiyyatda payının artırılması, yeni iş yerlərinin açılması və dövlət investisiya xərclərinin optimallaşdırılması baxımından əhəmiyyəti nəzərə alınaraq PPP layihələrinə ölkəmizdə xüsusi diqqət yetirilir. Bu məqsədlə KOBİA-da Dövlət-Sahibkar Tərəfdaşlığının İnkişafı Mərkəzi yaradılıb və bu mərkəz PPP layihələrinin təşviqində və tətbiqində əhəmiyyətli rol oynayacaq.

Tədbirdə sözügedən texniki yardım layihəsinin icrasına cəlb olunmuş məsləhətçi şirkətlər tərəfindən həyata keçirilən tədbirlər və layihənin mövcud vəziyyətinə dair təqdimat keçirilib, qarşıda duran vəzifələrə və onların həlli istiqamətində atılacaq növbəti addımlara dair fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, “Dövlət-özəl tərəfdaşlığı çərçivəsində Bakıda universitet tələbələrinin yerləşmə obyektləri və xidmətlərlə pilot təminatı üzrə Texniki Yardım” layihəsi Asiya İnkişaf Bankının dəstəyi ilə həyata keçirilir.

Femida.az

Açar sözlər:

Oxunub: 464


Oxşar xəbərlər