Baqajda patron gətirən sərnişin saxlanıldı
15:44 11 Dekabr 2019
Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları odlu silahlarda istifadə edilməsi nəzərdə tutulan patronların Azərbaycan Respublikasının gömrük sərhədindən bəyan etmədən keçirmə cəhdinin qarşısını alıblar.
İstanbul-Bakı aviareysi ilə gələn sərnişinin baqajı rentgen aparatından keçirilən zaman monitorda şübhəli əşyaların təsviri görünüb. Vətəndaş baqajını götürüb getmək istəyərkən saxlanılıb və təkrar baxış keçirilməsi üçün yoxlama otağına dəvət olunub.
Yoxlama zamanı ona məxsus çamadanın içərisindəki montun cibində əvvəlcədən gömrük nəzarətinə təqdim edilməyən, elektron, şifahi və yazılı formada bəyan olunmayan 12 ədəd patron aşkarlanıb.
Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin rəyinə əsasən aşkar edilən patronlar yivli odlu silahlarda istifadə edilmək üçün nəzərdə tutulmuş, zavod üsulu ilə istehsal edilmiş 9x19 mm kalibrli patronlardır, döyüş sursatı hesab edilirlər, istifadəyə (atəşə) yararlıdırlar.
Faktla bağlı araşdırma aparılır.
Femida.az
Oxunub: 506
Oxşar xəbərlər
- Nardaranda əl qumbarası, patronlar aşkarlandı
- Ağdamda iki mərmi və patronlar aşkarlandı
- Ağstafada partlamamış hərbi sursatlar, patronlar aşkarlandı
- Füzuli rayonunda patronla dolu daraq aşkarlanıb
- Xızıda 3 qumbara, 1 partladıcı və 145 patron tapılıb
- Bakı sakinindən tapança və patron götürülüb
- Bakı sakinindən avtomat silah və patronlar götürülüb
- Qazaxda 8 mindən çox patron tapıldı
- Şəhərdə avtomatla gəzən şəxs kimdir - DİN məlumat yaydı
- Bakıda qadının yaşadığı evdən tüfəng və patron tapıldı