Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın üzvləri ilə görüş keçirildi


19:16     11 Dekabr 2019 19_12_11_1576065489.jpg


Dövlət Miqrasiya Xidmətinin rəisi, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynov DMX yanında İctimai Şuranın üzvləri ilə görüşüb.


Femida.az xəbər verir ki, vətəndaş cəmiyyəti institutları ilə sıx əməkdaşlığın qurulmasının Xidmətin əsas fəaliyyət prinsiplərindən biri olduğunu vurğulayan Vüsal Hüseynov miqrasiya proseslərinin idarə edilməsi və tənzimlənməsində fəal iştirak edən Şuranın ictimai nəzarətin təmin olunmasında, şəffaflığın artırılmasında səmərəli fəaliyyətini diqqətə çatdırıb və İctimai Şuranın fəaliyyətini yüksək qiymətləndirib. Qarşıdan gələn növbəti ildə də Şuranın uğurlarının daha da artacağına ümid bəslədiyini bildirib.

Sonra İctimai Şuranın sədri Azər Allahverənov çıxış edərək göstərilən etimada görə təşəkkür edib və Şuranın fəaliyyətinə nəzər salıb, görülən işlər barədə məlumat verib, əldə olunmuş nəticələri qeyd edib.

Görüş digər məsələlərlə bağlı təkliflərin irəli sürülməsi ətrafında müzakirələrlə davam edib.

Femida.az

Açar sözlər: #miqrasiya  

Oxunub: 544