Hərbi Prokuror: “Azərbaycan etibarlı və peşəkar əllərdədir”


15:57     11 Dekabr 2019 2019/12/DSC_0007_1576065822.jpg

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda ümummilli lideri Heydər Əliyevin vəfatının 16-cı ildönümü ilə bağlı anım mərasimi keçirilib.

Femida.az xəbər verir ki, mərasimdə çıxış edən Azərbaycan Respublikası Baş prokurorunun müavini-Azərbaycan Respublikasının Hərbi prokuroru, ədliyyə general-leytenantı Xanlar Vəliyev bildirib ki, dövlət başçısı cənab İlham Əliyevin yüksək erudisiyası, müdrik siyasəti, mükəmməl rəhbərliyi, qətiyyəti və yorulmaz fəaliyyəti sayəsində, eləcə də iqtidarla xalq arasında olan sıx bağlılığın nəticəsində ölkəmizdə ümumi daxili məhsul, bütövlükdə sənaye, o cümlədən mədən sənayesi və qeyri-neft sektorunda sənaye istehsalı, kənd təsərrüfatı məhsulları və sairə istehsalı əhəmiyyətli dərəcədə artıb:

"Eyni zamanda əhalinin pul gəlirləri, əməkhaqları, pensiyaları da dəfələrlə artmış, ölkə iqtisadiyyatına, o cümlədən qeyri-neft sektoruna yüz milyardlarla manat həcmində sərmayələr qoyulub və dövlətin valyutası olan manatın məzənnəsinin sabitliyi təmin olunub. Azərbaycan son illər ərzində misli görünməmiş uğurlar əldə edib. Ölkənin müasirləşməsi istiqamətində mükəmməl layihələr icra olunub, paytaxt Bakı şəhəri ilə yanaşı, regionlar da sürətli inkişaf etdirilib, insanların yaşayış və əmək şəraiti əsaslı yaxşılaşdırılıb".

Hərbi prokuror onu da qeyd edib ki, ölkədə insan hüquq və azadlıqlarının etibarlı müdafiəsi, dünya tarixi-mədəni irsinin inkişafına və tolerantlığa xüsusi önəm verilməsi, beynəlxalq hüquqa və dünyada mövcud olan siyasi dəyərlərə sədaqət Azərbaycanın beynəlxalq nüfuzunu daha da artırmaqla, dünya dövlətləri sırasında mövqeyini hərtərəfli möhkəmləndirib:

"Davos Ümumdünya İqtisadi Forumuna əsasən Azərbaycan islahatlara meyillilik və rəhbərliyə olan inam əmsalına görə dünyada birinci onluqda qərarlaşıb. Dünya Bankı tərəfindən yayılan "Doing Business 2020" hesabatında isə Azərbaycan 20 ən islahatçı dövlət siyahısına daxil edilməklə, dünyanın bir çox ölkələrini geridə qoyub. Bütün bunlar qəti əminliklə onu deməyə əsas verir ki, Azərbaycan etibarlı və peşəkar əllərdədir".

Femida.az

Açar sözlər:

Oxunub: 623