Beş özəl xəstəxanada icbari tibbi sığorta üzrə xidmətlərdən pulsuz istifadə ediləcək - SİYAHI
18:30 11 Dekabr 2019
“İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin 5 özəl xəstəxana ilə müqaviləsi var”.
Femida.az xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Regional mərkəzlərlə iş şöbəsinin müdiri Şükür Eyvazov deyib.
Onun sözlərinə görə, bura Mərkəzi Klinik Xəstəxana, Respublika Diaqnostika Mərkəzi, Bakı Sağlamlıq Mərkəzi, Gəncə Beynəlxalq Xəstəxanası və Mərkəzi Klinikanın Gəncə filialı daxildir: “Agentliyin göndərişi ilə xəstələr özəl xəstəxanalarda icbari tibbi sığorta üzrə xidmətlərdən pulsuz istifadə edə biləcəklər. Təbii ki, hər xəstəyə göndəriş verilməyəcək. Əgər xidmətlər zərfində nəzərdə tutulan, amma dövlət xəstəxanalarında həyata keçirilə bilməyən xidmət olarsa, o zaman xəstə müqaviləmiz olan özəl xəstəxanalardan birinə göndərilir. Bu zaman vətəndaş özəl klinikada heç bir ödəniş etmədən xidmətdən yararlanır. Qeyd edim ki, pilot layihə çərçivəsində 37 anadangəlmə ürək qüsurlu uşaq müxtəlif özəl və dövlət xəstəxanalarında heç bir ödəniş edilmədən əməliyyat olunub.
Ağdaşdan olan 170 şəxs Bakıda özəl xəstəxanalarda koronar angioqrafiya (anju), ürəyə stent qoyulması əməliyyatı keçirib. Həmin vətəndaşlar heç bir ödəniş etməyib”.
Ş. Eyvazov qeyd edib ki, gələcəkdə digər özəl xəstəxanalarla da belə müqavilələrin imzalanması nəzərdə tutulur.
Femida.az
Oxunub: 620
Oxşar xəbərlər
- Beş il əvvəl Rusiyada qətl törədən şəxsin məhkəməsi başlayır
- Beş il əvvəl Rusiyada qətl törədən şəxs Bakıda həbs edilib
- Beş ayda 6 minə yaxın ailə boşanıb
- Beşbarmaq dağında qoruq yaradılır - SƏRƏNCAM
- Beş məntəqədə səsvermənin nəticələri ləğv edilib
- Beş ölkənin XİN başçısı Qarabağ problemini müzakirə edib
- Beşqat dünya çempionu bəraət alıb
- Beşinci çağırış Milli Məclisin ən fəal deputatları onlar oldu
- Beşdən çox uşağı olan qadınlara müavinət necə təyin edilir? - Hüquqi YARDIM
- Beş gün dərs olmayacaq