DİQQƏT! - Vəkillər bu bölgədə pulsuz hüquqi yardım göstərəcək


17:21     11 Dekabr 2019 19_12_11_1576070634.jpg


Məlum olduğu kimi, “Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 22 fevral 2018-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına hüquqi məsləhətə ehtiyacı olan aztəminatlı şəxslər üçün pulsuz hüquqi xidmətlər göstərilməsinin təşkil edilməsi tövsiyə edilib.


Qeyd olunan tövsiyənin icrası ilə əlaqədar olaraq keçirilən tədbirlər çərçivəsində 14 dekabr 2019-cu il tarixdə Bakı şəhəri 3 saylı Vəkil Bürosu tərəfindən Hacıqabul rayon İcra Hakimiyyətinin inzibati binasında, saat 10:00-13:00-da Hacıqabul və ətraf rayonlarda yaşayan vətəndaşlara ödənişsiz hüquqi yardım göstəriləcək.

Bu kimi tədbirlər Respublikanın digər regionlarında da müntəzəm olaraq keçirilməsi nəzərdə tutulur.

Femida.az

Açar sözlər: #vəkil   #kollegiya   #hüquq   #yardım   #Hacıqabul  

Oxunub: 1696