Bələdiyyə seçkilərində “Exit-poll” keçirilməyəcək
20:58 11 Dekabr 2019
Dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkiləri ilə əlaqədar “Exit-poll” keçirmək üçün Mərkəzi Seçki Komissiyasına (MSK) müraciət daxil olmayıb.
Bunu Femida.az-a açıqlamasında MSK Katibliyinin Media və ictimai əlaqələr şöbəsinin müdiri Şahin Əsədli bildirib.
Ş. Əsədli deyib ki, adətən, yerli seçkilərdə “Exit-poll” keçirmək geniş yayılmış praktika deyil.
Qeyd edək ki, Seçki Məcəlləsinin 25.2.23-cü maddəsinə və “Azərbaycan Respublikasında seçkilərdə “exit-poll” keçirən təşkilatların akkreditasiyası Qaydaları”nın 2.1-ci bəndinə əsasən, “Exit-poll” keçirmək niyyətində olan təşkilatlar akkreditasiya üçün MSK-ya səsvermə gününə ən azı 20 gün qalanadək, yəni dekabrın 3-dək sənədlərini təqdim etməli idi. MSK isə səsvermə gününə ən azı 10 gün qalanadək, yəni dekabrın 13-dək bələdiyyə seçkiləri ilə əlaqədar “Exit-poll” keçirmək üçün müraciət etmiş təşkilatların akkreditasiyası barədə qərar qəbul etməli idi.
Oxunub: 450
Oxşar xəbərlər
- Bakıda keçmiş bələdiyyə sədri və bacısının məhkəməsi başlayır
- Neftçalada sabiq və indiki bələdiyyə sədrlərinə cinayət işi başlanılıb
- Azərbaycanda bələdiyyələrin siyahısında dəyişiklik edilib
- Keçmiş bələdiyyə sədri zəhərlənmədən ölüb
- Qazaxda ağacların qanunsuz kəsilməsi ilə bağlı bələdiyyə sədrinə cinayət işi açılıb
- Azad olunmuş ərazilərdə bələdiyyələrin yaradılması təklif edilir
- Bakıda özlərini Qarabağ qazisi kimi təqdim edən şəxslər bələdiyyə üzvlərini döyüb
- "Ata Abdullayevə quzu təklif etdim, razılaşmadı, 10 min manat istədi" - Bələdiyyə sədri
- Quba bələdiyyəsinin sabiq sədr müavini 30 min manatı ələ keçirib - RƏSMİ
- Ağcabədidə bələdiyyə sədrinin cinayət işi məhkəməyə göndərilib