37 yaşlı kişi spirtli içkidən zəhərlənib


09:18     12 Dekabr 2019 Tecili%20yardim%20xestexana%20190412.jpg

Dekabrın 11-i axşam saat 23 radələrində rayonun İnçə kənd sakini, 1982-ci il təvəllüdlü Rəsul Yusif oğlu Mahmudov zəhərlənmə əlamətləri ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Femida.az-ın məlumatına görə, müayinə zamanı R.Mahmudovun spirtli içkidən zəhərlənməsi məlum olub.

Onun reanimasiya şöbəsinə köçürüldüyü bildirilib. Vəziyyəti orta-ağır qiymətləndirilir.

Femida.az

Açar sözlər:

Oxunub: 331