Xəzər rayonunda narkomaniyaya qarşı mübarizə mövzusunda tədbir keçirilib
11:38 12 Dekabr 2019
Xəzər rayonunda narkomaniyaya qarşı mübarizə mövzusunda tədbir keçirilib.
Femida.az -a daxil olan məlumata görə, Xəzər rayonunun Mərdəkan qəsəbəsində yerləşən 123 saylı orta məktəbdə “Narkotikə yox deyək” və “Narkomaniya sosial bəladır” mövzusunda tədbir keçirilib.
Tədbirdə Xəzər Rayon Polis İdarəsinin rəisi İsfəndiyar Mehbalıyev , Şəxsi Heyət üzrə rəisin köməkçisi Seyfəl Leysanov, Xəzər Rayon İcra Hakimiyyətinin məsul şəxsləri şagirdlər qarşısında çıxış ediblər.
Xəzər Rayon Polis İdarəsinin rəisi İsfəndiyar Mehbalıyev bəşəriyyətin ən böyük bəlalarından olan narkomaniyanın cəmiyyətin mənəvi və əxlaqi dəyərlərinə böyük zərbə vurduğunu, sosial-iqtisadi inkişafa mənfi təsir göstərdiyini, insanların həyat və sağlamlıqlarına ciddi təhlükə yaratdığını və cinayətkarlığın artmasına səbəb olduğunu qeyd edib.
Daha sonra Xəzər RPİ-nin YYÇPİTB-nin əməkdaşI polis baş leytenantı Xəyalə Həsənova çıxış edərək narkotik vasitələrin orqanizmə vurduğu fəsadlardan danışmış, uşaqların vətənimizə, dövlətimizə sadiq olmağı, ölkəmizin milli qəhrəmanlarını nümunə göstərməklə vətənpərvərlik ruhunda böyümələrini gənclərimizə tövsiyyə etmişlər.
Qeyd edək ki, tədbirin sonunda bu bəlaya düçar olanlar barəsində süjet təqdim olunub.
Femida.az
Oxunub: 1028
Oxşar xəbərlər
- Xəzərdə dalğanın hündürlüyü 2,4 metrə çatıb - FAKTİKİ HAVA
- Xəzər dənizində batan gəncin meyiti tapılıb
- Xəzərin sahilindəki istirahət mərkəzlərindən biri cərimələnib
- Xəzər rayonunda avtomobil piyadanı vuraraq öldürüb
- Xəzərdə dalğanın hündürlüyü 3,6 metrə çatıb - FAKTİKİ HAVA
- Xəzərin Azərbaycan sektorunda 6 ədəd gəmi minası aşkarlanıb, hərəkət dayandırılıb
- Xəzərdə “Azərsu”nun 640 min manatlıq əmlakını oğurlayan şirkət rəhbərlərinə hökm oxunub
- Xəzərin sahilində 20-dən çox suiti ölüsü aşkarlanıb
- Xəzər dənizində zəlzələ olub
- Xəzər dənizi sahilində 4,9 bal gücündə zəlzələ olub