DSX: Bu il Azərbaycana gələn turistlərin sayı 3 milyona çatıb
12:35 12 Dekabr 2019
Prezident İlham Əliyevin rəhbərliyi altında son illər ərzində xarici ölkələrlə sosial-iqtisadi münasibətlərin inkişafı, qarşılıqlı faydalı ticarət əlaqələrinin və Azərbaycana turist axının genişlənməsi ilə əlaqədar ölkəə gələn və gedən şəxslərin və nəqliyyat vasitələrinin sayı əhəmiyyətli dərəcədə artıb.
Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən Femida.az-a verilən məlumata görə, 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə cari ildə dövlət sərhədindən keçən şəxslərin sayı 13%, nəqliyyat vasitələrinin sayı isə 12% çox olub.
Bildirilib ki, belə bir şəraitdə Dövlət Sərhəd Xidmətinin Sərhəd Nəzarətinin əməkdaşlarının xidməti fəaliyyətinin daha da təkmilləşdirilməsi, dövlət sərhədindən keçənlərin sərhəd nəzarətinin effektivliyindən məmnuniyyətlərinin yüksəldilməsi, şəxslər və nəqliyyat vasitələri üzərində sərhəd nəzarətinin keçirilməsi müddətlərinin maksimal azaldılması və sürətli keçidinin təmin olunması istiqamətində mühüm işlər görülmüş, 1 şəxsin sərhəd keçmə prosedurlarının rəsmiləşdirilməsinə 1 dəqiqədən az vaxtın sərf edilməsinə nail olunub.
Respublikamıza turist axınının artırılması üzrə ardıcıl və məqsədyönlü şəkildə həyata keçirilən tədbirlər nəticəsində dekabr ayının 11-də ölkəmizə il ərzində 3 milyonuncu xarici qonağın gəlişi qeydə alınmışdır. Həmin şəxs Ankara-Bakı reysi ilə uçub gəlmiş Türkiyə vətəndaşı Seda Ünlü olmuşdur. Sərhədçilər tərəfindən gül dəstəsi və simvolik hədiyyələr ilə qarşılanan xarici qonağımız bu xoş sürprizdən çox məmnun olmasını söyləmiş və öz minnətdarlığını bildirmişdir.
Femida.az
Oxunub: 614
Oxşar xəbərlər
- Ukrayna Baş Qərargahı: “Rusiyanın daha 45 qanadlı raketi, 4 helikopteri vurulub”
- Zelenski: “Bir ayda Ukrayna ordusu İran istehsallı 233 “Şahed” PUA-sını məhv edib”
- Ceyhun Bayramov: “Müstəqilliyimizə dəstəyə görə qardaş Özbəkistana minnətdarıq”
- Nazirlik nümayəndəsi: “İndiyədək Xocavənddə 25 nəfərin meyitinin qalıqları aşkarlanıb”
- Ukrayna Baş Qərargahı: "Son sutkada Rusiyanın 44 tankı məhv edilib"
- BNA: "147 avtobusun hərəkət intervalında gecikmə var"
- Xanlar Vəliyev: “Ötən 8 ayda qeydə alınmış cinayətlərin 99 faizi açılıb”
- DİN: "Razılaşdırılmamış aksiyanın qarşısı alınacaq"
- Heydər Məmmədov: "Prokurorluqda israfçılığa yol verilməməsi üçün bir çox işlər görülüb"
- Azərbaycan XİN: "Ermənistan bölgədə vəziyyəti gərginləşdirmək istəyir"