DSX: Bu il Azərbaycana gələn turistlərin sayı 3 milyona çatıb


12:35     12 Dekabr 2019 2019/12/dsx-serhed-dsx-yeni_1576139863.jpg

Prezident İlham Əliyevin rəhbərliyi altında son illər ərzində xarici ölkələrlə sosial-iqtisadi mü­nasi­bətlərin inki­şafı, qarşılıqlı faydalı ticarət əlaqələrinin və Azərbaycana turist axının genişlənməsi ilə əlaqədar ölkəə gələn və gedən şəxslərin və nəqliy­yat vasitə­lə­rinin sayı­ əhə­miy­yətli dərəcədə artıb.


Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən Femida.az-a verilən məlumata görə, 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə cari ildə dövlət sər­hədindən keçən şəxslərin sayı 13%, nəqliyyat vasitələrinin sayı isə 12% çox olub.

Bildirilib ki, belə bir şəraitdə Dövlət Sərhəd Xidmətinin Sərhəd Nəza­rətinin əməkdaşlarının xidməti fəaliyyətinin daha da təkmilləş­diril­məsi, döv­lət sərhədindən keçənlərin sərhəd nəzarətinin effek­tiv­liyindən məmnuniyyətlərinin yüksəldilməsi, şəxslər və nəq­liyyat vasitələri üzərində sərhəd nəzarətinin keçirilməsi müddətlərinin maksimal azal­dılması və sürətli keçidi­nin təmin olunması istiqa­mətində mühüm işlər görülmüş, 1 şəxsin sərhəd keçmə pro­sedur­larının rəs­miləş­diril­məsinə 1 dəqiqədən az vaxtın sərf edil­mə­sinə nail olun­ub.

Respublikamıza turist axınının artırılması üzrə ardıcıl və məq­səd­yönlü şəkildə həyata keçirilən tədbirlər nəticəsində dekabr ayının 11-də ölkəmizə il ərzində 3 milyonuncu xarici qonağın gəlişi qeydə alınmışdır. Həmin şəxs Ankara-Bakı reysi ilə uçub gəlmiş Türkiyə vətəndaşı Seda Ünlü olmuşdur. Sərhədçilər tərəfindən gül dəstəsi və simvolik hədiy­yələr ilə qarşılanan xarici qonağımız bu xoş sürprizdən çox məmnun olmasını söyləmiş və öz minnətdarlığını bildirmişdir.

Femida.az

Açar sözlər:

Oxunub: 613