Özünü metroda qatar yoluna atan şəxslə bağlı RƏSMİ AÇIQLAMA


12:46     12 Dekabr 2019 metrotune1201512023.jpg

Daxili İşlər Nazirliyi (DİN) ötən gün metronun “Neftçilər” stansiyasının platformasında özünü qatar yoluna atan şəxslə bağlı məlumat yayıb.


DİN-in Mətbuat Xidmətindən Femida.az-a verilən məlumata görə, dekabrın 11-də saat 18 radələrində metronun “Neftçilər” stansiyasının platformasında bir nəfər özünü qatar yoluna atıb.

Bu zaman orada olan DİN BİTİ-yə bilavasitə tabe olan Diplomatik Nümayəndəliklərin Mühafizəsi üzrə Əlahiddə Polis Taborunun əməkdaşları tərəfindən dərhal görülən tədbirlərlə həmin şəxs qatar yolundan çıxarılıb.

Onun Masallı rayon sakini V.Əzimov olması müəyyən edilib.

Femida.az

Açar sözlər:

Oxunub: 1026