Bakı sakininin maşınından beşbarmaq götürülüb


13:13     12 Dekabr 2019 besbarmaq.jpg

Bakı sakininin avtomobilindən beşbarmaq aşkarlanıb.


Bu barədə Femida.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, Abşeron Rayon Polis İdarəsinin və Əlahiddə Çevik Polis Alayı əməkdaşlarının əldə edilən məlumat əsasında keçirdikləri birgə əməliyyat tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Xırdalan şəhər sakini A.Sadıqov və Bakı şəhər sakini N.Süleymanov saxlanılıb.

Şəxsi axtarış zamanı onlardan ümumilikdə 10 qramdan artıq marixuana və metamfetamin götürülüb.

Davam etdirilən tədbirlərlə N.Süleymanovun “Mercedes” markalı avtomobilindən isə 1 ədəd beşbarmaq aşkar edilərək götürülüb.

Femida.az

Açar sözlər:

Oxunub: 677