İstifadə edilməyən məzuniyyətin pulu necə ödənilir? - HÜQUQİ YARDIM
13:27 12 Dekabr 2019
Bu dəfə təqdim etdiyimiz mövzu məzuniyyətlə bağlıdır.
SUAL: Mən işlədiyim son 3 ildə məzuniyyətə çıxmamışam. Əgər mən işdən çıxaramsa, istifadə etmədiyim məzuniyyətlərə görə pul əvəzi tələb edə bilərəmmi?
Mövzu ilə bağlı Femida.az -a açıqlama verən hüquqşünas Yalçın Hacızadə bildirib ki, Əmək Məcəlləsinin 144-cü maddəsinə görə, əmək müqaviləsinə xitam verilməsinin səbəbindən və əsasından asılı olmayaraq işçiyə işdən çıxan günədək hər hansı şərt və ya məhdudiyyət qoyulmadan istifadə etmədiyi bütün iş illərinin əsas məzuniyyətlərinə görə pul əvəzi ödənilməlidir.
Lakin əmək münasibətlərinə xitam verilərkən bu Məcəllənin 115 və 116-cı maddələrində nəzərdə tutulmuş əlavə məzuniyyətlərə, təhsil və yaradıcılıq məzuniyyətlərinə, habelə sosial məzuniyyətlərə görə pul əvəzi verilmir. Müəyyən iş ilinə görə əmək məzuniyyətindən istifadə etmiş işçinin əmək müqaviləsinə həmin iş ili başa çatanadək xitam verilərkən ödənilmiş məzuniyyət haqqının müvafiq hissəsi işçidən tutula bilər.
Miri Məcidli
Femida.az
Oxunub: 3678
Oxşar xəbərlər
- İstifadə müddəti bitən müxtəlif növ qida məhsulları məhv edilib
- İstifadə müddəti bitən müxtəlif növ qida məhsulları məhv edilib
- İstifadəyə yararsız 38 kq quru maya məhsulu məhv edildi
- İstifadəyə yararsız külli miqdarda ördək əti məhv edildi
- İstifadə edilməmiş seçki bülletenlərinin taleyi necə olacaq?
- İstifadə olunmayan məzuniyyətə görə iş yerindən pul tələb edilə bilərmi? - Hüquqi maarifləndirmə
- İstifadəyə yararsız 300 kq ət aşkarlanıb
- İstifadəyə yararsız 205 kq ət aşkarlanıb
- İstifadə olunmuş batareyaların toplanmasına başlandı