Yasamal sakini narkotikdən ölüb


16:12     12 Dekabr 2019 2019/12/meyid_0236_1576152884.jpg

Bakıda yüksək dozada narkotik qəbulundan ölüm hadisəsi baş verib.


Femida.az-ın məlumatına görə, Yasamal rayonunda 1980-ci il təvəllüdlü Ağaməliyev Əli Valeh oğlunun yaşadığı evdə anidən halı pisləşib. Yaxınları onu xəstəxanaya çatdırsalar da, həyatını xilas etmək mümkün olmayıb.

İlkin müayinə zamanı Ə. Ağaməliyevin narkotikdən zəhərləndiyi müəyyənləşib.

Faktla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 639