Gənc qızın ölümünə səbəb olan sürücünün məhkəməsi başlayır
18:34 12 Dekabr 2019
Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Ağadadaş Rzazadənin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Femida.az xəbər verir ki, cinayət işi baxılması üçün Nizami Rayon Məhkəməsinə göndərilib.
Hakim Rauf Əhmədovun icraatında olan iş üzrə hazırlıq iclası yaxın günlərdə keçiriləcək.
Qeyd edək ki, hadisə bu ilin aprel ayında Nizami rayonu, R.Rüstəmov küçəsi 13 ünvanının qarşısında baş verib. 1993-cü il təvəllüdlü Ağadadaş Rzazadənin idarə etdiyi "Daevoo" markalı avtomobil piyada yol keçən 1998-ci il təvəllüdlü Leyla Quliyevanı vurub.
21 yaşlı L.Quliyeva xəstəxanaya yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.
A.Rzazadəyə Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham verilib.
Oxunub: 554
Oxşar xəbərlər
- Gənclərə biznes və karyera ilə bağlı təlim keçirilib
- Gəncədə avtomobil piyadanı vuraraq öldürüb
- Gəncədə tanışını qətlə yetirməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır
- Gəncədə avtomobil qaçıran şəxs saxlanılıb
- Gənc oğlan bıçaqlanıb
- Gəncədə ehtiyatda olan polkovnik-leytenantın ölümü ilə bağlı cinayət işi başlanılıb
- Gənclər Fondu Müşahidə Şurasının tərkibi dəyişdirilib - SİYAHI
- Gəncədə kişi həyat yoldaşını bıçaqlayaraq öldürüb
- Gəncədə mübahisə zəminində 3 nəfər bıçaqlanıb
- Gəncədə mənzildə qadın meyiti aşkarlanıb