Azərbaycanda ictimai işlər cəzasına məhkum olunanların monitorinq sistemi yaradılıb


16:59     12 Dekabr 2019 19_12_12_1576155619.jpg

Azərbaycanda ictimai işlər cəzasına məhkum olunmuş şəxslərin inzibati tənbehin müddətinin hesablanması üçün monitorinq sistemi yaradılıb.


Bunu Femida.az-a "Idrak Technology Transfer" şirkətindən deyiblər.

Şirkətdən bildirilib ki, sistem artıq tətbiq olunur və iş müddətinin hesablanması barmaq izləri ilə aparılır.



"İctimai işlər cəzasına məhkum olunan şəxslər barmaq izi ilə həm işə başlayarkən, həm də bitirdikdən sonra qeydiyyatdan keçir. Qeydiyyat və izləmə monitorinq sistemi üzərindən aparılır", - deyə şirkətdən bildiriblər.

Açar sözlər:

Oxunub: 454