OBA marketdən işdən çıxarılan 4 nəfər həbs edildi


18:52     12 Dekabr 2019 19_12_12_1576157037.jpg

OBA marketlər şəbəkəsinin 4 keçmiş əməkdaşı həbs edilib.

Marketlər şəbəkəsinin Sabuncu rayonu, Nardaran qəsəbəsində yerləşən mağazasında ərzaq məhsullarını sataraq pulları mənimsəyən keçmiş əməkdaşları saxlanılıblar.

Polis tərəfindən keçirilən əməliyyat zamanı mağazanın işdən çıxarılmış keçmiş işçiləri Ramiz Hüseynov, Hüseyn Rzayev, Əli Cavadov və Fazil Tağıyev saxlanılıblar.

Onların barəsində cinayət işi açılıb.(Report)

Açar sözlər:

Oxunub: 542