Ağstafada əl qumbaraları tapılıb


19:34     12 Dekabr 2019 2019/12/1e00f4d5-f90b-4916-b09b-f736236f902b_1576157719.jpg


Ağstafa rayonunda əl qumbaraları tapılıb.


Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) Femida.az-a verilən məlumata görə, dekabrın 12-də Agentlik tərəfindən Ağstafa rayonu, Saloğlu qəsəbəsi ərazisində aparılan təmizləmə əməliyyatları zamanı 2 ədəd F-1 əl qumbarası aşkar olunub.

Əl qumbaralarının üzərində partladıcısının (UZRQM) olmasını və korroziyaya uğramısını nəzərə alaraq, əhalinin təhlükəsizliyinin təmin edilməsi üzrə aidiyyatı tədbirlər görülərək, Agentliyin mütəxəssisləri tərəfindən Ağstafa rayon Polis şöbəsinin və yerli icra nümayəndəsinin iştirakı ilə yerində zərərsizləşdirilib.

Femida.az

Açar sözlər:

Oxunub: 649