Xaçmazda qətl törədən şəxsin məhkəməsi başlayır


20:24     12 Dekabr 2019 mehkeme7.jpg



Xaçmazda qətl törətməkdə təqsirləndirilən Taleh Mürsəlovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Femida.az-ın məlumatına görə, təqsirləndirilən şəxs barəsində toplanan cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Siyavuş Hacıyevin icraatına verilib.

Qeyd edək ki, hadisə bu il Xaçmazın Nabran kəndində qeydə alınıb. 55 yaşlı Tərlan Ağabala oğlu İbrahimov başından mişar daşı ilə zərbələr alaraq qətlə yetirilib. Onun meyiti gözətçilik etdiyi villanın yaxınlığında aşkarlanıb.

İlkin araşdırma zamanı Tərlan İbrahimovun Dalğalı kənd sakini Taleh Rəşid oğlu Mürsəlov tərəfindən qətlə yetirildiyi məlum olub. O, şübhəli şəxs qismində tutulub.


Femida.az

Açar sözlər:

Oxunub: 515