Şəmkirdə yük qatarı qadını vuraraq öldürüb


10:27     13 Dekabr 2019 19_12_13_1576218559.jpg

Şəmkirdə yük qatarı qadını vurub.


Femida.az -ın məlumatına görə, hadisə rayonun Zəyəm qəsəbəsi ərazisində qeydə alınıb.

Həmin ərazidən keçən elektrovoza qoşulmuş yük qatarı Qazax istiqamətində olan zaman Zəyəm qəsəbə sakini, 1984-cü il təvəllüdlü Xəyalə Şərifovanı vurub. Nəticədə X. Şərifova xəstəxanaya çatdırılsa da, orada ölüb.

Faktla bağlı Cinayət Məcəlləsinin 263.2-ci( yol istismar qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmişin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Açar sözlər:

Oxunub: 566