Daha bir evdən meyit tapıldı


10:45     13 Dekabr 2019 meyit.PNG

Şəkidə evdən 53 yaşlı kişi meyiti tapılıb.


Femida.az-ın xəbərinə görə, hadisə dekabrın 11-də şəhərin Vidadi küçəsi, ev 24-də qeydə alınıb.

Belə ki, 1966-cı il təvəllüdlü Mahmud Məmmədov yaşadığı evdə anası tərəfindən ölmüş vəziyyətdə aşkarlanıb.

Şəki Şəhər Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən aparılmış araşdırma zamanı meyitin üzərində zorakılıq əlamətləri və ya hər hansı xəsarət aşkar olunmayıb.

Faktla bağlı Şəki rayon Prokurorluğunda araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 436