Bakının mərkəzində vətəndaşlara bıçaqla hücum edən şəxslərin adları məlum olub
11:19 13 Dekabr 2019
Bakıda vətəndaşların üzərinə bıçaqla hücum edənlərin şəxsiyyətləri və hadisənin təfərrüatı məlum olub.
Femida.az-ın Reporta-istinadən verdiyi xəbərə görə, polis tərəfindən saxlanılan şəxslər - Yevlax rayon sakini Yasin Abdullayev və Mahmud Məmmədovdur.
Məlum olub ki, hər iki şəxs ötən gecə paytaxtın Nizami küçəsində yerləşən marketlərdən birindən spirtli içki oğurlayan zaman mağazanın işçiləri tərəfindən saxlanılıb. Onlar bu zaman üzərlərində olan bıçaqla qarşı tərəfə və küçədə olan vətəndaşlara hədə-qorxu gəlməyə başlayıblar.
Daha sonra hadisə yerinə polis əməkdaşları gələrək onları saxlayıblar.
Faktla bağlı araşdırma aparılır.
Femida.az
Oxunub: 2284
Oxşar xəbərlər
- Polisin sinəsinə yerlədirilmiş kameraya düşən əməliyyatın ŞOK GÖRÜNTÜLƏRİ - VİDEO
- Bakıda polisin oteldə tutduğu qadın görün kimdir - DETALLAR
- Polis ”Kubinka”da əməliyyat keçirib, 8 saxlanılıb
- Yol polisi sürücülərə çağırış edib
- DİN: "Şabrandakı yanğında polis və mülki əhali arasında xəsarət alan olmayıb"
- DYP: "Bayram günləri polis gücləndirilmiş iş rejimində xidmət aparır"
- DİN-də polis mayoruna yüksək vəzifə verilib
- DİN Ağsu sakininin polis zorakılığına məruz qalması barədə iddialara münasibət bildirib
- Sumqayıtda sabiq polis əməkdaşı intihar edib
- Bakıda polis əməliyyat keçirib, 1 kq-dan çox heroin aşkar edilib