4 evdən oğurluq edən şəxs saxlanılıb


11:55     13 Dekabr 2019 19_12_13_1576223793.jpg

Astara Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat axtarış tədbirləri nəticəsində 4 evdən və 1 çayxanadan oğurluq edən şəxs saxlanılıb.



Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Femida.az-a verilən məlumata görə, Astara Rayon Polis Şöbəsinə hazırda Rusiya Federasiyasında yaşayan Rinad Talıbovun rayonun Şiyəkəran kəndindəki evindən məişət əşyalarının oğurlanması ilə bağlı müraciət olunub. Polis əməkdaşlarının keçirdiyi əməliyyat axtarış tədbirləri ilə oğurluğu törətməkdə şübhəli bilinən şəxs müəyyən edilərək saxlanılıb. Araşdırmalarla onun Astara rayonunun Şiyəkəran kənd sakini Raqif Mirzəyev olduğu müəyyən edilib.

R.Mirzəyevin üzərinə keçirilən baxış zamanı ondan bir bükümdə narkotik vasitə heroin aşkar edilərək götürülüb. Onun ətrafında aparılan əməliyyat tədbirləri ilə R.Mirzəyevin daha 3 həmkəndlisinin evindən və bir çayxanadan oğurluq etdiyi, əsasən sahiblərinin Rusiya Federasiyasında yaşadığı evləri hədəf seçdiyi məlum olub.

Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 479