Azərbaycanın Albaniyaya humanitar yardım göndərib


12:20     13 Dekabr 2019 19_12_13_1576225345.jpg


Azərbaycanın Albaniyaya göndəriyi humanitar yardım rəsmi olaraq təqdim olunub.

Bu barədə Femida.az-a XİN-dən məlumat verilib.

Bildirilib ki, Albaniyada 26 noyabr tarixində baş vermiş 6,4 bal gücündə zəlzələnin törədiyi fəsadların aradan qaldırılması məqsədilə Prezident İlham Əliyevin tapşırığı ilə Azərbaycan Hökuməti tərəfindən 500.000 avro dəyərində yardım göstərilib.



Dekabrın 11-də Azərbaycan Respublikasının Yunanıstan Respublikasındakı səfiri Anar Hüseynov ilə Albaniyanın Yunanıstandakı səfiri Aridana Hobdari arasında keçirilmiş görüş zamanı yardımla bağlı simvolik çek qarşı tərəfə təqdim edilib.

Xanım səfir Azərbaycan Respublikasına yardımına görə ölkəsi adından təşəkkürünü ifadə etmiş və ölkələr arasında mövcud dostluq münasibətlərinin bundan sonra da inkişaf edəcəyinə inamını ifadə edib.

Femida.az

Açar sözlər: #XİN   #humanitar   #yardım   #femida   #Albaniya  

Oxunub: 705