Hicran Hüseynova: "Alimentin, atalığın müəyyənləşməsi ilə bağlı müraciətlər artır"
13:51 13 Dekabr 2019
"Qanunvericiliyə edilmiş yeni dəyişikliyə əsasən, məhkəməyə şəxs ya özü, ya yaxın qohumu və ya vəkili vasitəsilə müraciət edə bilər. Bu isə aztəminatlı və həssas qrupdan olan ailələrq üçün bir sıra çətinliklər yaradır".
Femida.az-ın məlumatına görə, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova məişət zorakılığından zərər çəkmiş şəxslərə hüquqi yardımın təşkilinə dair memorandumun imzalanması mərasimində çıxışı zamanı bildirib.
Komitə sədri qeyd edib ki, onların bu sahədə heç bir bilik və bacarığı olmadığından öz hüquqlarını qoruya bilmirlər:
"Digər problem ondan ibarətdir ki, yaxın qohumlar çox vaxt həmin şəxsə dəstək göstərmirlər. Vəkillik xidməti pullu olduğu üçün şəxs onlara müraciət edə bilmir. Bu dəyişikliklərdən sonra QHT-lərin hüquqşünasları da vətəndaşların məhkəmələrdə nümayəndəsi kimi çıxış edə bilmirlər. Biz yaranmış bu problemi komitəyə daxil olan müraciətlərin sayında da görürük. Belə ki, il ərzində alimentin, atalığın müəyyən olunması, nikaha xitam verilməsi, mənzilə yaşayış hüququnun əldə olunması, məişət zorakılığı və digər məsələlərlə bağlı müraciətlərin sayı artmaqdadır. Bütün bunlar isə vətəndaşların, o cümlədən məişət zorakılığından zərər çəkən şəxslərin hüquq-mühafizə orqanlarında və məhkəmələrdə müdafiəsi üzrə hüquqi dəstəyin verilməsi məsələsinə yenidən baxılmasını tələb edir".
H.Hüseynova bildirib ki, bununla əlaqədar Prezident İlham Əliyev tərəfindən humanist bir addım atılıb, onun aztəminatlı şəxslərə Vəkillər Kollegiyası tərəfindən ödənişsiz hüquqi yardımın göstərilməsi ilə bağlı imzaladığı fərman bu problemin həllində mühüm sənəddir:
"Beynəlxalq təcrübədə ehtiyacı olanlar üçün hüquqi yardımın təşkili və bu sahədə maliyyə-iqtisadi maneələrin aradan qaldırılması xüsusi əhəmiyyət kəsb edir. Bizim də məqsədimiz odur ki, yaşadığı yerdən, sosial vəziyyətindən, təhsil səviyyəsindən asılı olmayaraq, bu dəstəkdən hər bir vətəndaşımız istifadə edə bilsin".
Femida.az
Oxunub: 636
Oxşar xəbərlər
- Ukrayna Baş Qərargahı: “Rusiyanın daha 45 qanadlı raketi, 4 helikopteri vurulub”
- Zelenski: “Bir ayda Ukrayna ordusu İran istehsallı 233 “Şahed” PUA-sını məhv edib”
- Ceyhun Bayramov: “Müstəqilliyimizə dəstəyə görə qardaş Özbəkistana minnətdarıq”
- Nazirlik nümayəndəsi: “İndiyədək Xocavənddə 25 nəfərin meyitinin qalıqları aşkarlanıb”
- Ukrayna Baş Qərargahı: "Son sutkada Rusiyanın 44 tankı məhv edilib"
- BNA: "147 avtobusun hərəkət intervalında gecikmə var"
- Xanlar Vəliyev: “Ötən 8 ayda qeydə alınmış cinayətlərin 99 faizi açılıb”
- DİN: "Razılaşdırılmamış aksiyanın qarşısı alınacaq"
- Heydər Məmmədov: "Prokurorluqda israfçılığa yol verilməməsi üçün bir çox işlər görülüb"
- Azərbaycan XİN: "Ermənistan bölgədə vəziyyəti gərginləşdirmək istəyir"