Baş Prokurorluğun nümayəndə heyəti beynəlxalq tədbirdə iştirak edib
14:38 13 Dekabr 2019
Dekabrın 10-dan 12-dək İsveçin paytaxtı Stokholm şəhərində Korrupsiyaya qarşı Avropa Tərəfdaşları Təşkilatı (EPAC) və Korrupsiyaya qarşı Avropa Ələqələndiricilər Şəbəkəsinin (EACN) Baş Assambleyasının növbəti iclası keçirilib.
Tədbirdə ölkəmizi Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Daxili təhlükəsizlik şöbəsinin rəisi Sahib İsmayılov və Baş İdarənin Təşkilati və informasiya təminatı idarəsinin böyük prokuroru İsfəndiyar Hacıyev təmsil edib.
Beynəlxalq, regional və qeyri-hökumət təşkilatlarının, eləcə də ayrı-ayrı dövlətlərin 130-dan artıq nümayəndəsinin iştirak etdiyi "Korrupsiyanın əsas mexanizmlərinin təhlili - qlobal çağırışlar və qabaqlayıcı tədbirlər" mövzusunda keçirilən iclasda İsveç Krallığının yüksək vəzifəli şəxsləri çıxış edərək tədbirin əhəmiyyəti və qarşıda duran vəzifələr barədə ətraflı məlumat vermişlər.
Tədbirdə dünyanın korrupsiyaya qarşı mübarizə aparan qurumlarının nümayəndələri arasında təcrübə mübadiləsi, bu sahədə yaranan problemlərə dair müvafiq müzakirələr aparılıb, paralel panellər çərçivəsində antikorrupsiya təhsili sahəsində yeni ehtiyaclar və çağırışlar, dövlət satınalmaları və Avropada aparılan antikorrupsiya tədbirləri ətrafında geniş fikir mübadiləsi aparılıb.
Tədbir çərçivəsində Azərbaycan nümayəndə heyəti korrupsiyaya qarşı mübarizə sahəsində ölkəmizdə aparılan mütərəqqi islahatlar, dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən institusional və qanunvericilik islahatları barədə ətraflı məlumat verib. Anti-korrupsiya təhsilinin korrupsiyanın qarşısının alınmasında vacib komponentlərdən biri olduğu nəzər alınaraq, qurumun üzvlərinə nəzəri cəhətdən praktik biliklərə keçməyə imkan verən yeni metodologiyanın hazırlanması təklif edilmişdir.
Korrupsiyaya qarşı mübarizə sahəsində ölkəmizdə həyata keçirilən tədbirlər, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin fəaliyyətini əks etdirən buklet, bülleten və kitabçalar maraqla qarşılanıb.
İclasda təşkilati məsələlərə baxılaraq qurumun rəhbər heyətinə seçkilər keçirilib və korrupsiyaya qarşı mübarizə sahəsində beynəlxalq əməkdaşlığın daha da gücləndirilməsinə dair Bəyannamə qəbul edilib.
Femida.az
Oxunub: 939
Oxşar xəbərlər
- Heydər Məmmədov: "Prokurorluqda israfçılığa yol verilməməsi üçün bir çox işlər görülüb"
- Baş Prokurorluqdan Azərbaycan Ordusu ilə bağlı XƏBƏRDARLIQ
- Prokurorluq Əvəz Zeynallı və Elçin Sadıqovun həbsi ilə bağlı məlumat yayıb
- Baş Prokurorluqdan Əvəz Zeynallı açıqlaması: "Araşdırılır"
- Prokurorluq: "Rəfael Cəbrayılovun qardaşı ötən ay ev dustaqlığına buraxılıb"
- Baş Prokurorluq: "FHN əməkdaşlarının intim videolarının yayılması ilə bağlı araşdırmalara başlanılıb"
- Baş Prokurorluq Şəmkirdə əməliyyat keçirib, vəzifəli şəxs saxlanılıb
- Baş Prokurorluq: "İnternetdə bir-birilərini təhqir edən şəxslərə xəbərdarlıq olunub"
- Qadın əməkdaş Baş Prokurorluqda yüksək vəzifəyə təyin edilib
- Baş Prokurorluq: "161-Qaynar xətt” mərkəzi ödənişsizdir"