"Məhkəmə-hüquq islahatları sosial sifarişdən doğan bir haldır" - Nəsib Şükürov


16:20     13 Dekabr 2019 2019/12/DSC_5533_1576239476.jpg


"Məhkəmə-hüquq islahatlarının aparılması Prezidentə sosial sifarişdən doğan bir haldır".


Bu sözləri Femida.az-a müsahibəsində hüquq üzrə fəlsəfə doktoru, BDU-nun Konstitusiya hüququ kafedrasının dosenti Nəsib Şükürov deyib.

O, bildirib ki, Prezident İlham Əliyevin məhkəmə-hüquq sahəsindəki islahatların dərinləşdirilməsi ilə bağlı 3 aprel 2019-cu il tarixli fərmanı çox mühüm addımdır:

"Cəmiyyətin demokratikliyinin təminatçısı, insan hüquqlarının qoruyucusu kimi çıxış edən orqan məhkəmədir. O, cəmiyyətin ədalətliliyini ölçən cihazdır. Əgər məhkəmə-hüquq sistemi cəmiyyətin reallıqlarını əks etdirmirsə, ədaləti bərqərar edə bilmirsə, o cəmiyyət inkişaf edə bilməz. Məhkəmə-hüquq islahatlarının aparılması Prezidentə sosial sifarişdən doğan bir haldır. Məqsəd isə odur ki, bu sahədə islahatlar daha da mütərəqqi olsun, məhkəmələrin yükü azalsın, ixtisaslaşdırılsın".

"Bildiyiniz kimi məhkəmələrin ixtisaslaşdırılması onların fəaliyyətinin səmərəliliyi üçün vacib haldır. Bir hakim mülki işə də baxır, cinayət işinə də baxır, inzibati iqtisadi işlərə də. Bu halda onun qəbul etdiyi qərarın məsələni tam əhatə etməsi də sual altında qalmış olur. Bu nöqteyi nəzərdən məhkəmə-hüquq islahatları təbiidir. Nəticədə məhkəmə sistemi daha da təkmilləşəcək. Hakimlər ixtisaslaşmaqla vətəndaşların müraciətlərinə daha adekvat reaksiya vermiş olacaqlar", - deyə N.Şükürov qeyd edib.

ANONS: Nəsib Şükürovun Femida.az portalına geniş müsahibəsini növbəti həftənin birinci günü oxuya bilərsiniz.

Amin Nəzərli

Femida.az

Açar sözlər: #hüquq   #qanun   #məhkəmə   #femida   #prezident   #islahat  

Oxunub: 2055