Keçmiş məhkum oğurluq üstə saxlanılıb


16:24     13 Dekabr 2019 2019/11/hebs_yeni234_1574235740.jpg

Bu ilin aprel ayında Şəki Şəhər Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edən şəhər sakini ona məxsus evdən 1900 manat pulun oğurlanması barədə məlumat verib.


Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin Şəki regional qrupundan Femida.az-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-istintaq tədbirləri ilə həmin hadisənin narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə saxlanılmış, əvvəllər məhkum olunmuş və hal-hazırda barəsində həbs qətimkan tədbiri seçilmiş şəhər sakini Rəhman Xəlilov tərəfindən törədildiyi aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 342