Yol hərəkətinin təhlükəsizliyinə dair təlim keçirildi - Foto


17:05     13 Dekabr 2019 19_12_13_1576242114.jpg


13 dekabr 2019 –cu il tarixində “Azərbaycan Respublikası yol hərəkətinin təhlükəsizliyinə dair 2020-2024 –cü illər üçün Dövlət Proqramı”nın müvafiq bəndlərinin icrası ilə əlaqədar olaraq, Gəncə şəhərində birgə təlim keçirilib.

Femida.az xəbər verir ki, təlimə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzinin, Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının Gəncə şəhərində xidmət aparan 8-ci və 9-cu taqımlarının və Səhiyyə Nazirliyinin Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının canlı qüvvələri və texnikaları cəlb edilib.



Nəqliyyatda baş verə keçiriləcək hər hansı fövqəladə hadisənin qarşısının operativ alınması və birgə fəaliyyətin təşkili məqsədilə keçirilən təlimdə qəza xilasetmə işlərinin aparılması, yanğın təhlükəsizliyinin təmin olunması, yaralıların təxliyəsi, zərərçəkmişlərə ilkin tibbi yardımın göstərilməsi və qəza zamanı yol hərəkətinin idarə olunması üzrə əməliyyatlar həyata keçirilib.



Femida.az

Açar sözlər: #FHN   #yol   #polis  

Oxunub: 571