Saatlı polisi məktəblilərlə görüşdü


19:37     13 Dekabr 2019 19_12_13_1576242502.jpg


Saatlı Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə rayonun 2 saylı tam orta məktəbində “Narkomaniya ümumbəşəri bəladır” və “Erkən nikah və onun fəsadları” mövzusunda maarifləndirmə tədbiri keçirilib.

DİN Mətbuat Xidmətinin Şirvan şəhərində Regional qrupundan Femida.az-a verilən məlumata görə, tədbirdə Təhsil şöbəsinin nümayəndələri, məktəbin şagird və müəllim kollektivi iştirak edib.
Tədbirdə çıxış edən RPŞ-nin rəisi, polis polkovnik-leytenantı Azər Tağıyev narkomaniyanın cəmiyyətimizə, gələcəyimiz olan gənclərin mənəviyyatına, əxlaqına ciddi mənfi təsir göstərməsindən, insanların narkomaniya adlı xəstəliyə düçar olaraq həyatlarının məhv olmasından danışıb, narkomaniya və psixotrop maddələrin yaratdığı problemlərdən və fəsadlarından geniş bəhs edib.

O, çıxışında erkən nikaha qarşı görülən işlərdən söz açaraq, bu məsələ ilə bağlı həm yeniyetmə və gənclərimizin, həm də onların valideynlərinin məlumatlandırılmasının vacibliyini vurğulayıb. Erkən yaşda qurulan nikahlarların yeniyetmələrin sağlamlığına, gələcək həyatlarına olduqca mənfi təsir göstərdiyini, bunun da öz növbəsində gələcəkdə ailədaxili zorakılıq hallarının ortaya çıxmasına səbəb olduğunu bildirib.

Sonda şagirdləri maraqlandıran suallar cavablandırılıb.

Femida.az

Açar sözlər: #polis  

Oxunub: 1229