Hesablama Palatası iki dövlət orqanını yoxladı


17:50     13 Dekabr 2019 heseblama-palatasi-1.jpg


Hesablama Palatasında növbəti kollegiya iclası keçirilib.


Femida.az Palataya istinadən xəbər verir ki, iclasda qurumun 2019-cu il üçün İş planının layihəsi müzakirə edilərək təsdiq olunub.

Hesablama Palatasının 2020-ci il üçün İş Planının hüquqi əsasları, qanunvericiliyin İş planı üzrə müəyyən edilən tələblərdən danışılıb, ötən il qüvvəyə minmiş “Hesablama Palatası haqqında” qanuna uyğun olaraq növbəti ildə Hesablama Palatasının kənar dövlət maliyyə nəzarəti üzrə audit fəaliyyətinin, eləcə də maliyyə, səmərəlilik və uyğunluq növləri üzrə planlaşdırıldığı nəzərə çatdırılıb.

Bundan əlavə, iclasda Hesablama Palatasının 2019-cu il üçün İş Planında fəaliyyət istiqamətləri üzrə növbəti ildə dövlət büdcəsinin icrasının təhlili ilə bağlı yarımillik və illik məlumat və hesabatın hazırlanması, o cümlədən dövlət büdcəsi və büdcədənkənar dövlət fondlarının layihələrinə və icrasına rəylərin hazırlanması, eləcə də Hesablama Palatasının fəaliyyətinin təşkili üzrə normativ-metodiki, maddi-texniki, informasiya təminatı və beynəlxalq fəaliyyəti üzrə nəzərdə tutulan tədbirlər üzrə də geniş məlumat verilib.

Kollegiya iclasında həyata keçirilmiş aşağıdakı nəzarət tədbirləri üzrə Auditor Hesabatları da müzakirə olunub:

- Dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşundan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılan vəsaitlərin istifadəsinə;

- Dünya Bankından dövlət zəmanəti ilə kredit cəlb edilməklə həyata keçirilən “Məcburi Köçkünlərin Yaşayış Şəraiti və Gəlir İmkanlarının Dəstəklənməsi Layihəsi” üçün əlavə maliyyələşdirmə üzrə vəsaitlərin istifadəsinə dair;

- Bakı Slavyan Universitetinin tədris fəaliyyətinin səmərəlilik auditinin nəticələrinə dair;

- Xarici İşlər Nazirliyinin 2018-ci il üçün illik maliyyə hesabatlarına dair;

Kollegiya iclasında hər bir nəzarət tədbiri üzrə Auditor hesabatları barədə müvafiq qərarlar qəbul olunub, onların icrasını təmin etmək məqsədilə aidiyyəti qurumlara kollegiya qərarının göndərilməsi və Milli Məclisə müvafiq məlumatın təqdim olunması qərara alınıb.

Femida.az

Açar sözlər: #hesablama   #palata   #yoxlama  

Oxunub: 326