Bakıda marşrut avtobusu qəzaya uğrayıb, 6 nəfər xəsarət alıb


10:56     14 Dekabr 2019 qeza.jpg

Bakıda marşrut avtobusu qəzaya uğrayıb.

Səhiyyə Nazirliyindən Femida.az-a verilən məlumata görə, Suraxanı rayonu, "Əfsun" şadlıq sarayının yanında 104 saylı marşrut avtobusunun qəzaya uğraması barədə məlumat təcili yardıma saat 8:45 daxil olub.

Hadisə yerinə 4 təcili tibbi yardım avtomobili gedib. Hadisə nəticəsində 2-si azyaşlı olmaqla 6 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə 3 saylı şəhər xəstəxanasına çatdırılıblar. Onlara lazım olan yardım göstərilib, müalicələri davam edir.

Açar sözlər:

Oxunub: 528