Dubayda tutulan azərbaycanlı qadının məhkəməsi başlayır
11:28 14 Dekabr 2019
İnsan alverində təqsirləndirilən Zenfira Beydiyevanin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Femida.az -ın məlumatına görə, təqsirləndirilən şəxs barəsində toplanan cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Cinayət işi hakim Rasim Sadıxovun icraatına verilib.
Qeyd edək ki, Z. Beydiyevaya qarşı Cinayət Məcəlləsinin 144-1.2.1-ci (insan alveri, iki və daha çox şəxsə qarşı törədildikdə) maddəsi ilə ittiham verilib.
İş üzrə 4 qadın zərərçəkmiş şəxs qismində tanınıb.
2016-cı ildə Z. Beydiyeva barəsində cinayət işi başlanan zaman o, ölkədən qaçıb. Azərbaycan dövləti onu İnterpol xətti ilə beynəlxalq axtarışa verib. 3 ildən sonra Z. Beydiyeva Dubayda tutulub və Azərbaycana ekstradisiya edilib.
Oxunub: 555
Oxşar xəbərlər
- Dubayda Azərbaycan İnvestisiya Forumu keçiriləcək
- Dubaydakı azərbaycanlılar Prezident İlham Əliyev və Mehriban Əliyevaya təşəkkür etdilər
- Dubayda Azərbaycan pavilyonu açılıb
- Dubaydan "İphone" gətirən şəxs saxlanıldı
- Dubaydan Bakıya gələn şəxs saxlanıldı
- Dubayda təyyarə qəzaya uğrayıb, ölənlər var
- Dubayda Azərbaycan Ticarət Evi açılıb
- Dubayda Türkiyə seriallarına qadağa qoyuldu