Bakıda avtomobillə vurulan piyada ölüb


12:25     14 Dekabr 2019 piyada2.jpg

Xətai rayonu Nobel prospektində yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Femida.az-a verilən məlumata görə hadisə dekabrın 12-də saat 18 radələrində baş verib.

Bakı şəhər sakini O.Cəfərli idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən paytaxt sakini Yalçın Adilovu vurub. Nəticədə xəstəxanaya yerləşdirilmiş piyada dekabrın 13-də orada ölüb.

Hadisə ilə bağlı Xətai Rayon Polis İdarəsi ərəfindən araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 479