Bakıda evdən qılınc oğurlanıb


14:31     14 Dekabr 2019 19_12_14_1576313771.jpg

Bakıda mənzildən oğurluq olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, Suraxanı RPİ 33-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində rayon ərazisindəki evlərin birindən televizor, DVD, 6 ədəd suvenir qılınc və təmir-tikinti alətləri oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri R.Mansurov və Z.Nəsibov saxlanılıb.

Araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 243