Bakıda 81 yaşlı qadının başından vurub pullarını apardılar
15:59 14 Dekabr 2019
Bakının Yasamal rayonunda naməlum şəxs 81 yaşlı qadının pul kisəsini oğurlayıb.
Femida.az xəbər verir ki, quldurluq dekabrın 13-ü, saat 00:03 radələrində İnşaatçılar prospektində baş verib.
Naməlum şəxs açar seçmə yolu ilə İnşaatçılar prospekti ev 11A, mənzil 23-də yaşayan 1938-ci il təvəllüdlü Liliya Useynovanın mənzilinə daxil olaraq naməlum əşya ilə onun baş nahiyəsindən vurub.
Daha sonra isə cibindəki pul kisəsindən 700 manat və 100 ABŞ dollar pul götürərək hadisə yerindən gedib.
Faktla bağlı araşdırma aparılır.
Oxunub: 502
Oxşar xəbərlər
- Bakıda yolların yenidən qurulmasına 4,23 milyon manat ayrılıb - SƏRƏNCAM
- Bakıda mənimsəmədə təqsirləndirilən qadının məhkəməsində şahid dindirilib
- Bakıda avtomobil 39 yaşlı kişini vurub
- Bakıda özəl klinikada 46 yaşlı kişi əməliyyatdan sonra ölüb
- Bakıda gecə satlarında atışma: Güllələnən şəxs görün kimdir - VİDEO
- Bakıda və bölgələrdə güclü külək əsəcək - XƏBƏRDARLIQ
- Bakıda avtomobil qadını vuraraq öldürüb
- Bakıda yaşayış binasında yanğın olub, xəsarət alan var
- Bakıda faciə: Ölənlər var
- Bakıda 16 yaşlı gənc sinəsindən bıçaqlanıb