Prezident Bəhreyn kralını təbrik edib


17:07     14 Dekabr 2019 prezident1_1500905288.jpg

Azərbaycan Prezidenti İlham Əliyev Bəhreynin Kralı Şeyx Həməd bin İsa Al Xəlifəyə təbrik məktubu göndərib.

Femida.az-ın məlumatına görə, təbrikdə deyilir: "Əlahəzrət, ölkənizin milli bayramı münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.

Ümidvaram ki, Azərbaycan ilə Bəhreyn arasındakı münasibətlər daim dostluq və əməkdaşlıq ruhunda inkişaf edəcəkdir.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı və xoşbəxtlik, dost Bəhreyn xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm".

Femida.az

Açar sözlər:

Oxunub: 498