Evlərdən oğurluq edən iki nəfər saxlanılıb


17:54     14 Dekabr 2019 hebs5.jpg

Xaçmazda evlərdən oğurluq edən iki nəfər saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan Femida.az-a verilən məlumata görə, Xaçmaz rayonu Mirzəmməd kənd sakini H.Pənahov Rayon Polis Şöbəsinə (RPŞ) müraciət edərək, evindən min manat dəyərində qızıl-zinət əşyalarının oğurlandığını bildirib.

Əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Elnur Quliyev saxlanılıb. Dindirilmə zamanı saxlanılan şəxs törətdiyi cinayət əməlini etiraf edərək, zərərçəkmişə məxsus qızıl-zinət əşyaları oğurladığını bildirib.

Polis əməkdaşları tərəfindən keçirilən digər bir əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Yeni Həyat qəsəbəsində yerləşən evlərin birindən qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Ramin Qoçadze də saxlanılıb. R.Qoçadze əvvəllərdə müxtəlif rayonlarda silsilə oğurluqlar etdiyinə görə dəfələrlə məhkum olunub.

Hər iki faktla bağlı Xaçmaz RPŞ-də cinayət işi açılıb, araşdırmalar aparılır.


Femida.az

Açar sözlər:

Oxunub: 576