Parlament seçkiləri üçün 71 nəfərin namizədliyi təsdiqlənib


19:37     14 Dekabr 2019 big_1419494660_secki.jpg

Azərbaycanda fevralın 9-na təyin edilmiş növbədənkənar parlament seçkilərində iştirak etmək üçün bu günə qədər daxil olan müraciətlərin sayı açıqlanıb.

Femida.az xəbər verir ki, Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bugünkü iclasda çıxışı zamanı 268 namizədin müraciət etdiyini deyib.

M.Pənahov bildirib ki, müraciət edən şəxslərin 71-nin namizədliyi artıq təsdiq olunub.

MSK sədri qeyd edib ki, müraciət edənlərdən 29-u imza vərəqələrini götürüb.

Femida.az

Açar sözlər: #seçki  

Oxunub: 1115