Fövqəladə hallar nazirinin müavini yanğının baş verdiyi əraziyə gəlib


20:01     14 Dekabr 2019 19_12_15_1576391592.jpg

Fövqəladə hallar nazirinin müavini Bakıda yanğının baş verdiyi əraziyə gəlib.

Femida.az xəbər verir ki, fövqəladə hallar nazirinin müavini Etibar Mirzəyev hazırda hadisə yerindədir.

Bakı şəhəri, Nəsimi rayonunda ("3-cü mikrorayon bazarı"nın arxasındakı köhnə hamamda) baş vermiş yanğının söndürülməsi üçün 17 yanğın söndürən maşını cəlb olunub.

Bunu isə jurnalistlərə açıqlamasında FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Qərargah rəisi polkovnik Əkbər Novruzov deyib.

Qeyd edək ki, yanğınla əlaqədar hadisə yerinə 5 təcili tibbi yardım maşını cəlb olunub. Hadisə nəticəsində xəsarət alanın olmadığı bildirilir.

Hazırda yanğın baş verən ərazidə tüstülənmənin qarşısı alınır.

Femida.az

Açar sözlər: #Şahdağ  

Oxunub: 634