Polis adı ilə dələduzluq edən şəxs saxlanıldı
20:22 14 Dekabr 2019
Özünü polis əməkdaşı kimi təqdim edərək dələduzluq edən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Bərdə regional qrupundan Femida.az-a verilən məlumata görə, Yevlax Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində vətəndaşların etibarından sui-istifadə edərək onlara qarşı dələduzluq etməkdə şübhəli bilinən Mingəçevir şəhər sakini Vasif Haqverdiyev saxlanılıb.
Araşdırmalar zamanı V.Haqverdiyev özünü polis əməkdaşı kimi təqdim edərək Yevlax rayon sakini olan bir qadını aldadar, onun üzləşdiyi bir problemi həll edəcəyi vədi ilə bunun müqabilində ayrı-ayrı vaxtlarda 750 manat dəyərində qızıl boyunbağı və əlavə olaraq 200 manat nağd pulunu alaraq onu aldatdığı müəyyən edilib.
Həmçinin onun müxtəlif vaxtlarda Mingəçevir, Yevlax, Bərdə, Zərdab və Balakən rayonları ərazilərində də analoji cinayətlər törətdiyini istisna edilmir. Əgər onun əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Daxili İşlər Nazirliyinin “102” Zəng Mərkəzinə, həmçinin Yevlax RPŞ-yə və ya şəhər telefonlarından (02233) 6-45-02 nömrəsi ilə əlaqə saxlayaraq məlumat vermələri xahiş olunur.
Femida.az
Oxunub: 882
Oxşar xəbərlər
- Polisin sinəsinə yerlədirilmiş kameraya düşən əməliyyatın ŞOK GÖRÜNTÜLƏRİ - VİDEO
- Polis ”Kubinka”da əməliyyat keçirib, 8 saxlanılıb
- Polis Yevlaxda əməliyyat keçirib, ata-oğul saxlanılıb
- Polis qadını iş başında tutdu: Görün nə edirmiş +VİDEO
- Polis azad edilmiş ərazilərə keçmək istəyən yeniyetməni saxlayıb
- Polis bu qızı axtarır - Foto
- Polisin şöbədə arvadını öldürdüyü an - VİDEO
- Polis şöbəsində arvadını güllələyən serjanta 18 il həbs cəzası verilib
- Polis əməliyyat keçirib, “Kalaşnikov” satmaq istəyən şəxs saxlanılıb
- Polis əməliyyat keçirib, 76 kq narkotik dövriyyədən çıxarılıb