Binəqədi-Xırdalan yolunda üç avtomobil toqquşub - FOTO


09:20     15 Dekabr 2019 19_12_15_1576365979.jpg

Abşeron rayonu ərazisində yol qəzası baş verib.

APA-nın məlumatına görə, avtoqəza Binəqədi-Xırdalan yolunda qeydə alınıb.

Avtoqəza zamanı üç – “Renault Megane”, “Renault Clio” və “Chevrolet Lacetti” markalı avtomobillər toqquşub. Hadisə nəticəsində xəsarət alanların olub-olmadığı məlum deyil.

Əraziyə polis əməkdaşları cəlb olunub. Yol qəzasının təfərrüatları araşdırılır.

Açar sözlər:

Oxunub: 300


Oxşar xəbərlər